Daşıma boltlarının çıxarılmasından əminsiz?(maşının arxasına baxın ,alt hissəsində isə penaplast çıxarılıbmı?). Zəhmət olmasa daşınma boltlarını və penoplastları çıxarın.Əks halda maşının zədələnməsi baş verə bilər.Boltları saxlayın onlar novbəti daşınmada lazım olacaq.

Siz yuyucu vasitəni və kondisioneri eyni konteynerin içinə yerləşdirmisiniz? Kondisioner və yuyucu vasitə qarışdırılanda paltarların üzərində ləkələr yaranır. Beləliklə, zəhmət olmasa, yuyucu vasitəni və kondisioneri fərqli konteynerlərə yerləşdirin.

Ola bilsin yuyucu bölmənin sifonu tutulub. Zəhmət olmasa sifonu təmizləyin.

Sizin yuyucu tozunuz paltaryuyan üçündürmü? Ola bilər ki, siz yuyucu tozunun həddindən artıq istifadə edirsiniz. Zəhmət olmasa yuyucu tozunuzu dəyişdirib paltaryuyan üçün yuyucu toz istifadə edin. Üstünə AUTOMAT yazılan olsun. Köpüklənmənin intensivliyi həmdə suyun sərtliyindən asılıdır, əgər su borusundakı su sərt deyilsə yuma zamanı yuyucu vasitələrdən az istifadə edə bilərsiniz, buda sizin büdcənizə qənaət edər

Ola bilsin ki, uşaqlara qarşı blok tətbiq olunub. Eyni zamanda "Ekspress" və "Yaxalama plyus" düyməciklərini üç saniyə ərzində sıxıb saxlayın. Blok funksiyası söndürüləcəkdir.

1. Ola bilsin ki, yuyucu vasitələr üçün çıxarılan tabağın su ötürücüsünün deşiyi bloklanıbdır. 2. Ola bilsin ki, rütubətin təsiri nəticəsində sizin yuyucu vasitələr çox bərkimiş və ovulmayan vəziyyətə düşmüşdür. 1. Çıxarılan tabağın dəliklərini fırça ilə təmizləyin. Tabağı ilıq su ilə yuyun. 2. Lütfən, yuyucu tozu quru yerdə saxlayın. Onu nəmlənmədən qoruyun.

Ola bilərki paltarın hansısa predmeti lukun rezini ilə qapı arasında sıxılıb qalmışdır. Yoxlayınki paltarın hər hanssı hissəsi qapıyla lukun rezini arasında sıxılıb qalmasın.

1. Soyuducunun düz dayanmasında əmin olun. 2. Ərzaqların və qabların qapının bağlanmasına mane olmadığına əmin olun. 1. Soyuducunun ayaqcıqlarını saat əqrəbi hərəkəti istiqamətində və ya əksinə çevirərək tənzimləyin. 2. Qapının örtülməsinə mane olan qab və ya bağlamaların yerini dəyişin.

1. Şüşə rəflər. 2. Meyvələr üçün qablar. 3. Buzun açılması. 1. Şüşə rəfləri yemək qalıqlarından təmizləmək üçün müntəzəm yumaq lazımdır. Maye yuyucu vasitələrdən istifadə edin. Sonra səthi qurulayın. 2. Tərəvəz bölməsini cürümüş qalıqlardan müntəzəm təmizləyin. Bu xoşagəlməz qoxulardan azad olmağa kömək edəcək. 3. Buzdurucunun donunu ildə orta hesabla iki-üç dəfə açmaq lazımdır. Əks halda soyuducu soyuq temperaturu qorumaq üçün daha çox enerji sərf edəcəkdir.

Soyuducu sinifinin klimatik qiyməti. İqlim növünə görə soyuducular 3 qrupa bölünür: SN (Normal Sub) ətraf mühitinin temperaturu +10˚С-dən +32˚С-dək, N (Normal) ətraf mühitinin temperaturu +16˚С-dən +32˚С-dək, C (Tropik Sub) ətraf mühitinin temperaturu +18˚С-dən +38˚С-dək.

1. Soyuducu hissə üçün çox yüksək temperatur seçilib. 2. Buzlatma hissə üçün çox aşağı temperatur seçilib. 1. Soyuducu bölmədə daha aşağı temperaturu tənzimləyin. 2. Soyuducu bölmədə daha yüksək temperaturu tənzimləyin.

Xoşagəlməz qoxu. 1. Soyuducunu içini ilıq suda isladılmış süngərlə yumaq lazımdır. 2. Soyuducu bölmədə kəskin iyli ərzaqlar saxlana bilər, qabları kip bağlayın və mühafizə üçün xüsusi konteynerlərdən istifadə edin

1. Soyuducunun divarlarında rütubət var - yaranma səbəbi nədir? 2. Soyuducunun divarlarında rütubət var - yaranma səbəbi nədir? 3. Soyuducunun divarlarında rütubət var - yaranma səbəbi nədir? 4. Ərzaqları uzun müddət nəcə təzə saxlamaq olar? 1. Belə hallara hava isti və rütubətli olduqda, həmçinin soyuducunun qapısı tez-tez və uzün müddətli açıq saxlanıldlqda rast gəlmək olur. Qapının kip örtüldüyünə əmin olun. Rütubət bir neçə gün ərzində itəcək. 2. Bu, ətrafdakı temperatur aşağı düşdükdə baş verə bilər. Bu normal haldır. Belə hallar əsasən, qış aylarında, soyuducu soyuq yerdə olduqda müşahidə olunur. 3. İki amil əsas səbəb ola bilər:isti və ya rütubətli hava və hələ soyumamış yemək. 4. Ərzaqların düzgün qablaşdırıldığına əmin olun. Soyuducuda lazımi temperaturu seçin.

1. Təzə ərzaq üçün ayrılmış bölmədə su damcıları. 2. Qapının sıxlaşdırıcısı isti havanı keçirir. 3. Otaqda yüksək rütubət. 1. Hər dəfə soyuducunun qapısı açılanda onun içinə isti hava daxil olur. Çalışın bunu mümkün qədər gec edin. 2. Qapının sıxlaşdırıcısı soyuducunun korpusuna kip yapışmalıdır. 3. Soyuducunun xarici səthini qurulayın.

Soyuducunun arxa hissəsində yerləşən cihaz qızır. Bu düzdür? Bəli. Borunun daxili konturu kompressorun işləməsi zaman qızır. Bu da duzlama kamerasının qapı sıxlaşdırıcısının soyuducunun korpusuna yapışmağa imkan vermir.

Aşağıdakıları yoxlayın: 1. İş rejiminin düzgün seçilməlidir.2. Otağın temperaturu çox isti və ya çox soyuq olmamalıdır.3. Hava filtri toz ilə dola bilər, onu təlimata uyğun təmizləyin.4. Havanın giriş/çıxış kanalının qabağında hər hansı maneə olmadığını yoxlayın.

Ventilyatorun daha yüksək rütubətdə istifadə olunduğu zaman nə baş verə bilər? Kondisioner uzun müddət ərzində işləyirsə, onun üzərində su kondensasiya olunub damcılaya bilər.

1. Profilaktik işlər siyahısına nələr aiddir? 2. Profilaktik işlər siyahısına nələ aiddir? 1. Tərkibinə daxildir: Xarici və daxili istilik mübadiləsi qurğusunun təmizlənməsi; Drenaj sisteminin təmizlənməsi; Sistemin iş təzyiqinin yoxlanması; Sistemin işləməsinin temperatur rejimlərinin yoxlanılması; Ehtiyac olduqda soyuducu mayenin əlavə doldurulması; Avtorizə edilmiş servis mərkəzinin köməyi ilə profilaktik yoxlanışların aparılması. 2. Profilaktik işlərə daxildir: Xarici və daxili istilik mübadiləsi qurğusunun təmizlənməsi; Drenaj sisteminin təmizlənməsi; Sistemin iş təzyiqinin yoxlanması; Sistemin işləməsinin temperatur rejimlərinin yoxlanılması; Ehtiyac olduqda soyuducu mayenin əlavə doldurulması;

Xarici blokda qırov yaranır və kondisioner işləmir. Çöldə temperatur çox soyuq və havanın rütubətliyi yüksək olduqda, otağın isidilməsi zaman xarici blokun üzərində qırov yarana bilər. Bu cür hal baş verdikdə isitmə rejimi dayandırılır və yeddi dəqiqəyə yaxın donun açılması rejimi avtomatik işə düşür. Tərəfinizdən heç bir müdaxilə olunmamalıdır, təxminən yeddi dəqiqədən sonra kondisioner yenidən işə düşəcəkdir.

1. Damcılama səsi? 2. Sıxılmış havanın atmosferə daxil olmasını xatırladan səs. 1. Bu, soyuducuda istifadə oluna soyuducu mayenin (freonun) səsidir. 2. Bu, isitmə rejimində buzun yaranmasının qarşısını almaq üçün freon qazının əks tərəfə dövr etməsi nəticəsində yaranan normal səsdir.

1. Kondisionerin temperatur rejimini yoxlayın. Otağın temperaturu çox aşağıdırsa kondisioner işləməyəcəkdir. 2. Qoruyucunu yoxlayın. 3. Taymerin qurulması zaman səhvə yol verilməməsini yoxlayın.

Lütfən, istismar təlimatına müraciət edin. Jiklyorları, əgər onlar komplektə daxildirlərsə, dəyişmək lazımdır. Əgər daxil deyillərsə, istehsalçı şirkətin nümayəndəliyinə müraciət edin.

Xörək bişdikdən sonra onu soyutmaq məqsədi ilə sobada saxlamayın. Donmuş məhsulların hazırlanması üçün qapaqlı konteynerdən istifadə edin.

Qril funksiyasında xörəyin hazırlandığı zaman sobadan tüstü çıxır. Yağlı xörəklərin hazırlanması zamanı müəyyən miqdarda yağ qalıqları qrilin elementlərinin üzərində qalacaq. Qrilin növbəti dəfə istifadəsi zamanı bu yağ kəskin qoxu ilə yanacaq. Qrilin isidilməsi zaman (5-10 dəqiqə) sobanın qapısını bağlı saxlayın. Bu vaxta kimi tüstünün əsas hissəsi dağılmalıdır.

1. Elektrik şəbəkəsində gərginlik aşağıdır. 2. Tozsoranın şlanqında tutulma. 3. Ola bilsin ki,toz torbası həddən artıq dolub. 4. Yenə də şikayətiniz varmı? 1. Elektrik şəbəkəsində gərginlik minimum 200 V və maksimum 220 V olmalıdır. Şəbəkədə gərginlik normal səviyyəyə çatanda bir daha yoxlayın. 2. Əlinizlə şlanqın içində zibillənmənin olub-olmamasını yoxlayın. Şlanqa nə isə düşərsə, çıxan havanı şlanqa buraxaraq onu təmizləmək mümkündür. 3. Zəhmət olmasa, toz kisəsinin dolu olub-olmamasını yoxlayın. Dolu olduqda onu dəyişin. 4. Usta göndərmək üçün mən Sizin sifarişi qeydə alıram, zəhmət olmasa, xətdə gözləyin.

1. Toz torbası düzgün yerləşdirilmişdir? 2. Yenə də şikayətiniz varmı? 1. Zəhmət olmasa, toz kisəsinin yerinə dəqiq oturmasını yoxlayın. 2. Usta göndərmək üçün mən Sizin sifarişi qeydə alıram, zəhmət olmasa, xətdə gözləyin.

1. Siz qablarınızın çirklənmə səviyyəsinə uyğun proqramı seçmisiniz? 2. Yenə də şikayətiniz varmı? 1. Qabınızın çirklilik səviyyəsinə uyğun gələn proqramı seçin. Suyu yumşaldan vasitədən istifadə edin.

Elektrik cərəyanının ötürülməsi dayandırılmışdı? Elektrik açarlar söndürülərək yenidən yandırılmışdı və ya şəbəkənin qoruyucular bloku yoxlanılmışdırmı? Zəhmət olmasa, elektrik açarını söndürüb yandırın və ya əriyən qoruyucunu dəyişin.

1. Maşını quraşdırandan sonra ilk dəfə istifadə edirsiniz? 2. Siz qablarınızın çirklənmə səviyyəsinə uyğun proqramı seçmisiniz? 3. Sizin qablarınız yuyulmaqdan əvvəl uzun muddət ərzində çirkli qalmışdılar? 4. Siz çirkli qabları təlimata uyğun yerləşdirmisiniz? 5. Ola bilsin ki, siz səbətləri həddindən artıq yükləyirsiniz? 6. Siz yuyucu vasitəni konteynerin içinə yerləşdirmisiniz? 7. Bəlkə yuyucu vasitənin istifadə müddəti bitmişdir? 8. Ola bilsin ki, suyun püskürtmə konsolunun firlanması çətinləşib? 9. Ola bilsin ki, konsolun dəlikləri tutulmuşdur? 10. Ola bilsin ki, maşının süzgəcləri tutulub (bloklanıb). 11. Duz üçün konteyner bağlıdır? 12. Suyun yumşaqlığı kifayət deyir. 13. Boşaldılma (kanalizasiya) şlanqının uzunluğu 4 m. artıq deyil? 14. Ola bilsin ki, boşaldılma (kanalizasiya) şlanqı qatlanıb. 1. Maşını quraşdırmadan sonra ilk dəfə istifadə edirsinizsə, maşınınızın qabları təmiz yuması üçün duz konteynirinə 1 litr su əlavə edin. 2. Qabınızın çirklilik səviyyəsinə uyğun gələn proqramı seçin. 3. Qabınız uzun müddət çirkli qalıbsa, onda əvvəlcə onu artıq yemək qalıqlarından təmizləyin və ya ilkin yuma proqramını seçin. 4. Qabları təlimatda göstərildiyi qayda ilə yerləşdirin (çox çirkli qabları aşağıdakı səbətə yerləşdirin). 5. Maşını artıq yükləmədiyinizə əmin olun.( maksimum 12 nəfərlik qab dəsti) 6. Əks halda yuyucu vasitəni xüsusi konteynerə əlavə edin. 7. Yuyucu vasitənizin yararlılıq müddətinə və rütubətsiz yerdə saxlanılmasına diqqət yetirin. Uyğun şəraitdə saxlanılmayan yuyucu vasitə korlanacaq və qabları yaxşı təmizləməyəcək. 8. Proqramı işə salmazdan əvvəl konsolların asan fırlana biləcəyini yoxlayın. Bunun üçün onları əl ilə yoxlayın. 9. Konsolların dəlikləri bloklandığı halda, onları təlimatda göstərildiyi kimi çıxararaq əl ilə suyla yuyun. 10. Süzgəcləri çıxarın və təlimatda göstərildiyi kimi ilıq su ilə yuyun. 11. Duz konteynerinin kip bağlandığına əmin olun. 12. Daxil olan suyun codluğuna əsasən suyun yumşaltma proqramını tənzimlmək lazımdır. Suyu yumşaldan vasitədən istifadə edin. 13. Diqqət yetirin ki, kanalizasiya şlanqının uzunluğu 4 m-dən artıq olmasın. 14. Əmin olun ki, şlanq burulmayıb və sıxılmayıb.

1. Maşını quraşdırandan sonra ilk dəfə istifadə edirsiniz? 2. Duzun səviyyə indikatoru yanıb sönürmü? 3. Suyun codluğunun nizamlaması 4. Ola bilsin ki, doldurulma zamanı duz dolub tökülmüşdür? 1. Maşını quraşdırandan sonra birinci dəfə istifadə edirsinizsə, su konteynerinə 1 litr su əlavə edin. 2. Həmin şəbəkə indikatoru duzun az olmasını göstərir. Maşına duz əlavə edin. 3. Daxil olan suyun codluğuna əsasən suyun yumşaltma proqramını tənzimlmək lazımdır. Suyu yumşaldan vasitədən istifadə edin. 4. Duzu əlavə etmək üçün ağızlıqdan istifadə edin. Duz dağılıbsa onu süngər ilə təmizləyin.

1. Yaxalamağın şəbəkə indikatoru qoşulub? 2. Ola bilsin ki, siz proqram bitəndən dərhal sonra qapını açmısınız? 3. Qabları səbətlərə necə yerləşdirirsiniz? Doğrudandamı səbətlət hətdindən artıq yüklənib? 1. Bu şəbəkə indikatoru göstərir ki, yaxalama funksiyası işə salınıb. Təlimatda göstərildiyi kimi yaxalama funksiyasını işə salın. 2. Proqram bitəndən dərhal sonra maşının qapısını açmaq olmaz. Qapını açıq saxlayaraq siz buxarın maşından çıxmasına şərait yaradırsınız. 3. Artıq yükləmə nəticəsində qabların arasında su qala bilər. Lütfən, qabları aşağı səbətdən çıxarmağa başlayın.

Qırışa qarşı funksiya düyməsi niyə işləmir? Qırışa qarşı funksiya düyməsi baraban boş olduğuna görə və yaxud paltarlar quru olduğuna görə işləməyəcək.

On off düyməsi yanıb sönür,Paltarqurudan işləmir. Qapı yaxşı bağlanıb? Qapını açın və əlinizin içi ilə tam qıfıl oturana kimi sıxın.