qaz su qizdiricisi qurasdirilmasi

Qaz su qizdiricisi qurasdirilmasi. Kombi ustasi

Qaz su qızdırıcıları ən qənaətcil modellərdən hesab olunur, belə ki, elektrik enerjisindən daha ucuz olan təbii qazla işləyirlər.

Avadanlığın çatdırılmasından sonra əmin olmaq lazımdır ki, mexaniki zədələr yoxdur. Yaınız bundan sonra quraşdırmaya başlamaq lazımdır. Ilk öncə elektrik məftilinin montajı və avtomatik elektrik açarlarının quraşdırılması həyata keçirilir. Bundan sonra aparat quraşdırlır və qoşulur. Cihazı kilid kranına maksimal yaxın yerdə quraşdırmaq lazımdır.

Qeyd etmək lazımdır ki, qaz su qızdırıcısının quraşdırılmasına başlamazdan öncə bütün fəaliyyəti qaz təchizatı şirkəti ilə razılaşdırmaq və bacanın vəziyyətini yoxlayan usta çağırmaq lazımdır. Ehtiyac olarsa onun təmizlənməsini təmin etmək lazımdır.

Mərkəzləşdirilmiş qaz təchizatı sistemi olan yerdə qoşmaq olar. Qaz su qızıdırıcısının quraşdırılması və ilkin istismara verilməsini yalnız servis mərkəzinin təcrübəli ustasına etibar etmək məsləhət görülür. Belə ki, ilkin olaraq yalnız bu halda siz istehsalçı şirkətin cihaza xidmət zəmanətini qorumuş olursunuz, ikincisi isə siz özünüzü, ailənizi və qonşuları təhlükəyə atmırsınız. Istismara verildikdən sonra mütəxəssis zəmanət talonunda müvafiq qeydlər aparacaq.

Kombi qurasdirilmasi. Su kəmərinə, qaz mənbəyinə və bacaya qoşulma

Su kəmərinə qoşulma yiv ölçüsü ¾ düym olan borunun köməyilə həyata keçirilir. Soyuq su borusuna hidravlik qoruyucu klapan birləşdirilir. Ona çirk yığılmaması üçün suyu açıb bir neçə dəqiqə axması lazımdır. Suyun təzyiqi 8 bardan çox olmamalıdır, ona görə də yaxşı olardı ki, təzyiq azaldan reduktor quraşdırılsın.

Qaz şəbəkəsinə qoşulmaq üçün yiv ölçüsü 3/8 olan boru lazımdır. Yalnız polad və ya mis borulardan istifadə etmək olar. Qaz şəbəkəsinə qoşulma zamanı kilid kranı quraşdırmaq lazımdır.

Bacaya gəldikdə isə o yaxşı dartıcı qüvvəyə malik olmalıdır, mailliklər, ensiz yerlər və geniş üfüqi sahələr olmamalıdır. Bacaya birləşdirilən çəkici qapaq olmadan su qızıdırcısını işə salmaq qadağandır.

Qaz su qizdiricisi qurasdirilmasi. İlk işə salma

Avadanlığın quraşdırılmasından sonra usta sizin yanınızda ilk işə salmanı həyata keçirəcək. Bu, cihazın nə dərəcədə düzgün və təhlükəsiz işləməsini müəyyən etməyə kömək edəcək. Qoşulma aşağıdakı sxem ilə həyata keçirilir. Ilk növbədə soyuq su və qaz açılır. Sonra birləşdirilən hissələrin hermetikliyi yoxlanılır, yalnız bundan sonra aparat şəbəkəyə qoşulur.

Hermetiklik alovla deyil, sabun məhlulla yoxlanılır. Bu halda qaz odluğu həmin anda yanmaya bilər. Belə olduqda isti su kranını bir neçə dəfə açmaq lazımdır. Kolonkadan hava uçacaq və o, normal rejimdə işləməyə başlayacaq. Bu, zədə hesab olunmur.

Kombi ustasi. Texniki xidmətin göstərilməsi

Su qızdırıcısının yoxlamasını servis xidmətinin mütəxəssisinə etibar etsəniz yaxşı olar. Aparatın davamlı və uzunmüddətli işləməsi üçün ildə bir dəfə su və qazla birləşmənin hermetikliyini yoxlamaq lazımdır. Sızma aşkarlandıqda rezin döşəkçələri ləngimədən dəyişmək lazımdır. Bir müddətdən sonra qaz qızdırıcısı tıxanır, buna görə də onu yoxlamaq və təmizləmək lazımdır.

Bədəbxt hadisələrin baş verməməsi üçün su və qaz texniki elementlərinin təhlükəsizlik qruplarına nəzarət etmək lazımdır, bu, qəzadan yayınmağa kömək edəcək. Eyni zamanda yanma məhsullarının təmizlənməsini yoxlamaq lazımdır.

Su qızdırıcısının korpusunu nəm parça ilə, sabundan istifadə etməklə silmək olar. Bu. Onu həmişə təmiz saxlamağa imkan verəcək. Sərbəst şəkildə su və qaz filtrinin torunu təmizləmək olar. Əsas odur ki, su qızıdırıcıs ilə hər hansı bir iş görüldükdə onu söndürmək lazımdır.

Kombi qurasdirilmasi. Təhlükəsiz istifadə prinsipləri

Belə fikir mövcuddur ki, qaz su qızdırıcıları elektrik qızıdırıcılardan daha təhlükəsizidir. Əslində isə belə deyil. Düzgün qoşulmada və avadanlıq sərbəst şəkildə dəyişdirilmədikdə və ya hər hansı əlavələr qoşulmadıqda, həmçinin aparatın mütəmadi olaraq vaxtında yoxlanması aparıldıqda onun istifadəsi təhlükəsiz ola bilər. Ancaq bu qaydaların gözlənilməməsi pis nəticələrə səbəb ola bilər.

Dartı qüvvəsinin çevirimə vericisini söndürdükdə qazlar bacadan çıxmaq əvəzinə mənzilə dolacaq, bu halda dəm qazı ilə zəhərlənmə baş verə bilər. Həmçinin təhlükəsizlik qrupunun qurğular ilə sərbəst şəkildə manipulyasiya aparmaq qadağandır. Belə ki, bu, qaz sızmasına və ya partlayışa səbəb ola bilər.

Heç vaxt qurğuda və onun ətrafına dəyişiklik etməyə cəhd etməyin. Bunu yalnız mütəxəssis edə bilər. Sizin təhlükəsizliyiniz öz əlinizdədir.

Qaz iyi hiss etdikdə qaz kilid kranını bağlayın. Qapı və pəncərələri açın, qonşuları da xəbərdar edin. Bu halda təhlükəli sahədə işığı və elektrik cihazlarını qoşmaq və ya söndürmək, həmçinin mobil telefondan, kibrit və alışqandan istifadə etmək olmaz. Mümükün olduqda tez bir zamanda mənzili tərk edin. Yalnız bundan sonra qaz təchizatı ilə məşğul olan şirkətə zəng edin. Kombi qurasdirilmasi zaman yanında heç vaxt tezalışan maye və əşyaları qoymayın, belə ki, bu partlayışa səbəb ola bilər.

Qaz su qizdiricisi qurasdirilmasi üçün düzgün sxem:

kombi ustasi

Qaz su qizdiricisi qurasdirilmasi üçün ustanı necə sifariş etməli:

"MTT Service" şirkətində kombi qurasdirilmasi üçün (012)565-1-565 nömrələrinə zəng etməklə və ya onlayn müraciət göndərməklə sifariş etmək olar.

Immergas kombi ustasi, Ariston kombi temiri, Bosch kombi temiri, Eca kombi qurasdirilmasi, Hoffman kombi qurasdirilmasi, Hotpoint Ariston kombi qurasdirilmasi.