Bir çox məişət və istehsal tipli kondisioner qurasdirilmasi sadəcə kondisionerin uyğun səthdə yerləşdirilməsi deyil, həm də blokların bərkidilməsi, boruların və elektrik şəbəkələrinin düzgün qoşulması kimi ciddi diqqət tələb edən bir prosedurudur.
Kondisioner qurasdirilmasi kondisionerin sınaq işə salması ilə bitir. Quraşdırılmadan sonra kondisioner istismara tam hazır vəziyyətdə olmalıdır. Kondisioner qurasdirilmasi üçün xüsusi avadanlıq və təcrübəyə malik olmaq lazımdır. Buna görə də kondisionerin quraşdırılmasını professional kondisioner ustasi briqadasına həvalə edin, yaxşı olardı ki, kondisioner aldığınız şirkətin briqadası olsun.
Unutmayın: əgər kondisioner səhv və keyfiyyətsiz quraşdırılmışdırsa, gələcəkdə ciddi nasazlıqlara və texnikanın sıradan çıxmasına gətirib çıxara bilər.
MTT Servis şirkəti, həm də mərkəzləşmiş isitmə və soyutma sistemləri, havalandırma və qızdırma sistemlərinin quraşdırılması, istismara verilməsi ilə də məşğuldur. Bizim şirkətdə təcrübəli quraşdırma briqadaları müştərilərə xidmət göstərir. Bizim bütün briqdalar hər mövsümün əvvəlində attestasiyadan keçir, şəxsi nəqliyyata və lazımi alətlər dəstinə malikdir, mobil rabitə ilə təchiz olunmuşdur.
Çətin və güclü sənaye sistemlərinin quraşdırılma dəyəri hər bir konkret hal üçün ayrıca müəyyən edilir, daha geniş yayılmış kondisioner tipləri – məişət divar split – sistemləri üçün isə “standart quraşdırma” anlayışı mövcuddur.
Divar kondisionerinin standart quraşdırılması zamanı onun xarici bloku bilavasitə otağın daxili blok olan pəncərəsi altında yerləşdirilir. Xarici blokun yuxarı kənarı pənəcərə altından aşağıda yerləşir. Daxili blok pəncərəyə bitişik divara yerləşdirilir. Bu halda kondisionerin daxili və xarici bloku arasındakı məsafə (freon trasının uzunluğu) beş metrdən çox olmamalıdır. Kondensatın daxili blokdan maneəsiz çıxması üçün tras 3-5 dərəcə meyllilikdə (xaricə doğru aşağı istiqamətdə) olur. Kondisionerin daxili bloku mütləq düz quraşdırılmalıdır, yoxsa su sızması baş verə bilər.
Kondisioner servis mərkəzi operatorları əvvəlcədən kondisioner qurasdirilmasi üçün vaxtını müştəri və quraşdırma qrupu ilə razılaşdırır.
Ümumiyyətlə isə yaxşı olardi ki, kondisionerin quraşdırılmasını evdə təmir başa çatana qədər bitirəsiniz, çünki deşmə zamanı toz və beton qırıntıları yaranacaq. Ancaq otağı artıq təmir etmisinizsə və yalnız bundan sonra kondisioneri quraşdırmaq qərarına gəlmisinizsə çəkinməyin, təmirli otaqlarda montaj işləri görülərkən xüsusi tozsoranlar və qoruyucu üzlüklərdən istifadə olunur. Düzdür, yaxşı olardı ki, quraşdırılma işləri aparılan otaqdan səthini beton və kərpic tozu, xırda qırıntıların zədələyə biləcəyi bütün əşyalar yığışdırılsın. Kondisionerin standart quraşdırılma qiymətinə aşağıdakılar daxildir:
Qeyri – standart quraşdırılma – müştərinin əlavə tələblər və istəklərini nəzərə alaraq və ya standart quraşdırmanın texniki mümkünsüzlüyü səbəbindən kondisionerin quraşdırılmasıdır. Bir çox hallarda quraşdırılma zamanı kifayət qədər çətin texniki məsələləri həll etmək, bahalı peşəkar avadanlıqlardan istifadə etmək, avtoburuqların və qaldırıcı kranların xidmətlərindən istifadə etmək zərurəti yaranır. Bəzən kondisionerin montajı yeni yaxşı təmir edilmiş sahədə aparılmalı olur. Bəzən isə quraşdırma obyekti qədimi və ya sadəcə gözəl binalar olur. Qeyri – standart quraşdlrma şağıdakı hallarda ola bilər:
Bu halda quraşdırma xərci təbii olaraq standart quraşdırmadan yüksək olur və əlavə olaraq razılaşdırılır. Əgər quraşdırma alpinist işi tələb edirsə, müştəri mütəxəssislərə dama çıxışı təmin etməlidir. Kondisionerin quraşdırılması üçün faydalı məsləhətlər
Sizə kondisionerin uğurla quraşdırılmasını arzu edirik!
Əgər sizə kondisioner qurasdirilmasi lazımdırsa, bizim kondisioner servis mərkəzi sizə kömək edecək və bizim peşəkar kondisioner ustasi komandası tez və rahat sizə onu quraşdıracaqlar.
MTT Service şirkətində kondisionerin quraşdırılmasını (012)565-1-565 nömrələrinə zəng etməklə və ya onlayn müraciət göndərməklə sifariş etmək olar.
Mitsubishi kondisioner ustasi, Gree kondisioner ustasi, Electrolux kondisioner qurasdirilmasi, Samsung kondisioner servis, Beko kondisioner ustasi, LG kondisioner servis.
Bakı ş., Şamaxı yolu 15-ci km.