elektrik sobasi qurasdirilmasi

Elektrik sobasi qurasdirilmasi

Elektrik sobasının əsas üstünlüyü – onun təhlükəsizliyidir. Qaz sobasından fərqli olaraq o, daha az oksigen sərf edir. Ev və ofisə elektrik pilətəsi almazdan öncə onun quraşdırılması üçün yaxşı yer seçmək lazımdır.Təsəvvür edin ki, yeri müəyyən etdiniz və eletrik pilətəsi artıq alınıb, bu halda onun istifadəsinə başlamaq üçün siz onu quraşdırmalısınız. Elektrik sobasının quraşdırılması onun paketləmədən açılması ilə başlanır. Sonra bütün daşıma qablaşdırılması açılmalıdır.Elektrik sobasının quraşdırılmasının növbəti addımında onun fiziki nöqsanlarının və korpusunun zədəli olub olmaması, həmçinin dəstin komplektliliyi yoxlanılır.Daha sonra elektrik sobasını təyin olunmuş yerə quraşdırmaq lazımdır.

Bu yer sizin elektrik sobasının sonrakı istifadə yeri olacaq.

Bu halda mütləq olaraq elektrik sobasının bütün səmtlərdə tarazlığı təmin olunur. Bu əməliyyat müəyyən bilik və xüsusi alətlərin olmasını tələb edir.

Daha sonra elektrik sobasını elektrikə qoşmaq lazımdır.

Əgər sizin elektrik pilətənizin dəstinə şəbəkə kabeli və çəngəl daxildirsə, siz şəbəkənin xüsusiyyətindən asılı olaraq çəngəli şəbəkəyə qoşmalısınız.Əgər elektrik sobasının dəstinə şəbəkə kabeli və çəngəl daxil deyilsə, siz sərbəst şəkildə  4 mm kəsiyə malik kabeli quraşdırmalısınız. Bundan sonra elektrik sobası şəbəkəyə qoşulur.( mütləq olaraq şəbəkənin xüsusiyyətləri, sayğacın fazaları nəzərə alınmalıdır).

Daha sonra elektrik sobasının işi yoxlanılır.

Elektrik sobası istifadə üçün hazırdır.

Elektrik sobasi qurasdirilmasi üçün düzgün sxem:

elektrik soba ustasi

Elektrik sobasi qurasdirilmasi üçün ustanı necə sifariş etməli:

"MTT Service" şirkətində elektrik sobasi qurasdirilmasi üçün (012)565-1-565 nömrəsinə zəng etməklə və ya onlayn müraciət göndərməklə sifariş etmək olar.