MTT Servis təcrübəli servis usta və konsultantlar komandasıdır ki, hər bir texniki servis problemdə sizə köməklik göstərməyə hazırdılar. Aldığınız malda istənilən nasazlıq olduğunda bizim texniki servis mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Bizim məhsullarımız davamlıdırlar. Uzun müddətli iş və zəmanət keyfiyyəti bizim vacib meyarlarımızdandır. Bütün məhsullarımız satışa buraxılmamışdan qabaq kompüter testindən keçirilir. MTT servis mərkəzində zəmanət müddəti ərzində hər hansı bir detal çatışmamazlığı ilə yaranan problemlər texniki servis tərəfindən pulsuz həll olunur.
Bilavasitə texniki servis tərəfindən əldə olunan orijinal detallar tam əminlik yaradır. Çünki, bu detallar alınan məhsula tam uyğundur və istənilən keyfiyyəti təmin edə bilərlər. Lazım olan hissələri əldə etmək üçün servisə müraciət edə bilərsiniz.
MTT servis şəbəkəsi öz məhsullarına yüksək keyfiyyət verir və bütün məhsullarına 1 ildən 3 ilədək zəmanət təklif edir. Biz sizə pulsuz çatdırılma və quraşdırılmanı təklif edirik. Həmçinin bizim texniki servis sizə məişət texnikasının təmiri xidmətini təklif edir. Çatdırılma həftənin bütün günləri həyata keçirilir.
Bu gün bizim Call Center bir neçə funksiya həyata keçirir:
Call Center-də bu mövzular haqqında ətraflı məlumat əldə etmək mümkündür.
Call Center-dən alınmış məlumatların əsasında hesabatlar hazırlanır, bu hesabatlar sonradan kompaniyanın rəqabət qabiliyyətini dəyərlindirməyə və lazım olduqda məhsul xəttinə dəyişiklikləri irəli sürməyə kömək edir. Çoxlu miqdarda telefon xətləri, güclü elektron avtomat telefon stansiyası, xüsusi proqram təminatı - bunlar hamısı kompleks şəkildə gün ərzində yüzlərlə zənglərin qəbul edilməsinə və işin rahat görülməsinə imkan yaradır. Məişət texnikasının təmiri ilə bağlı suallarla bizim servis usta komandasına müraciət etmək lazım olsa, bizim Call center operatorlar sizə köməklik göstərəcəklər. İstənilən növ məişət texnikasının təmiri üçün usta servis mərkəmizdə var.
"MTT Service" Call Center-i həftənin bütün günləri saat 09:30 - 18:00 kimi fəaliyyət göstərir.
Şirkətimizin rekvizitlərini bu düyməyə basaraq yükləyə bilərsiniz.
Şirkətimizin rekvizitləri